Geri

FHN Mətbuat xidmətinin məlumatı

29 noyabr 2016-cı il tarixində İsraildə yanğınların söndürülməsi ilə bağlı beynəlxalq əməliyyatın başa çatdığı elan edilmişdir. Bununla əlaqədar olaraq İsrail Dövlətinin daxili təhlükəsizlik naziri Gilad Erdan İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşmüş, yanğınların söndürülməsində göstərdikləri fədakarlığa görə onlara təşəkkürünü bildirmiş, İsrail Dövlətinin Baş naziri cənab Benyamin Netanyahunun imzası ilə təsdiq olunuş diplom və sertifikatlar təqdim etmişdir.

Həmçinin, yanğınların söndürülməsində göstərdikləri şücaətə görə, Azərbaycan FHN əməkdaşları İsrail Hərbi Hava Qüvvələrinin xatirə medalı ilə təltif olunmuşlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, noyabrın 25-dən etibarən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarına cəlb edilmişdir.


Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

30 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Qacar kəndində (Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində) düşmən tərəfindən minalanmış mürəkkəb relyefli dağlıq ərazidəki açıq sahədə və qismən meşə zolağında yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

“Bakı Metropoliteni” QSC-də yanğın-taktiki təlim keçirilib

“Bakı Metropoliteni” QSC-nin "Elmlər Akademiyası" metro stansiyasında FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri Bakı Metropoliteni ilə razılaşdırılmış cədvəl əsasında yanğın-taktiki təlim keçirib. ...

Ardını oxu