Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşları qəbul etmişdir

25 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunun Quzanlı qəsəbəsində Ağdam, Bərdə, Tərtər rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 16 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr və digər məsələlərlə bağlı müraciət etmiş 205 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu