Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 18-də ölkəmizdə səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. O, həmçinin FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırmışdır.

Səmimi görüşə görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri,  Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurair Nazirliyin fəaliyyətini yüksək qiymətləndirmiş, hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu