Geri

Nazir Kəmaləddin Heydərov Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş səfiri Yusif bin Həsən əl-Sai ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 26-da Qətər Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Sai ilə görüşmüşdür.

Nazir Kəmaləddin Heydərov Yusif bin Həsən əl-Saini səfir təyin olunması münasibətilə təbrik etmiş, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətindəki fəaliyyətində ona uğurlar arzulamışdır. O, Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edərək, həmsədri olduğu Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın əlaqələrimizin daha da möhkəmlənməsinə yeni töhfələr verəcəyini vurğulamışdır.

K.Heydərov Qətər Dövlətinin keçmiş Əmiri Şeyx Xəlifə bin Həməd Al Taninin vəfatı ilə əlaqədar səfirə bir daha başsağlığı vermişdir.

Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyən səfir Yusif bin Həsən əl-Sai vurğulamışdır ki, Azərbaycanda fəaliyyət göstərəcəyi müddətdə ikitərəfli münasibətlərin, o cümlədən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumları arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəkdir.

 

Digər məlumatlar

FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir

44 günlük Vətən müharibəsi dövründə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu