Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində vətəndaşları qəbul etmişdir

29 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naftalan şəhərində Naftalan və Mingəçevir şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir.

Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 24 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 233, digər məsələlərlə bağlı müraciət etmiş 82 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Qəbuldan sonra nazir Kəmaləddin Heydərov Goranboy rayonu, Tapqaraqoyunlu kəndində olmuş, kənd sakinləri ilə görüşmüşdür. Nazir sakinlərin problemləri ilə maraqlanmış, qəzalı vəziyyətdə olan evlərə baxış keçirərək müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar vermişdir. Kənd sakinlərinin müraciətləri nəzərə alınaraq, ermənilər tərəfindən kənd ərazisindəki əkin sahələri və digər yerlərdə qəsdən törədilən yanğınların daha operativ söndürülməsini təmin etmək üçün kənddə yanğından mühafizə bölməsinin yaradılması və bu gündən etibarən ərazidə yanğınlarla fasiləsiz mübarizənin təmin edilməsi üçün tapşırıq verilmişdir.

Sakinlər kənd əhalisinə göstərdiyi xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirmişlər.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu