Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov yanvarın 19-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşmüşdür.

Nazir Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən bəhs etmiş, bu sahədə zəngin təcrübəyə malik Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlığın geniş potensialı olduğunu bildirmişdir.

Səfir Tsuquo Takahaşi ölkəsinin uyğun qurumlarının Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamış, ötən ilin mart ayında Yaponiyanin Sendai şəhərində keçirilmiş Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında FHN-in nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

8 mart 2021-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu