Geri

“Günəşli” yatağındakı 10 saylı özüldəki qaz quyularından birində yanğın söndürüldü (özüldən ən son video)

“Günəşli” yatağında yerləşən 10 saylı dərin dəniz özülündə 4 dekabr 2015-ci il tarixində baş vermiş qəza nəticəsində yaranan yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi aidiyyəti üzrə fəaliyyətini davam etdirir.

Belə ki, yanan quyuların ətrafında deformasiyaya uğramış metal konstruksiyaların kəsilməsi, zonadan kənarlaşdırılması, eləcə də fontançıların quyular ətrafında sərbəst işləməsi üçün fasiləsiz tədbirlər həyata keçirilmiş, quyu və quyuətrafı konstruksiyaların soyudulması işləri yanğınsöndürmə desantı tərəfindən platformanın üzərində təşkil olunmuşdur. Yanğınsöndürənlərin gərgin səyləri nəticəsində yanvarın 15-də qaz quyularının ən təhlükəlisində yanğını söndürmək mümkün olmuşdur.

Özüldə yanan digər quyuların da söndürülməsi istiqamətində işlər fasiləsiz davam etdirilir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Əvvəlcədən xəbərdarlıq edildiyi kimi, ölkə ərazisində son günlər hava şəraiti kəskin pisləşib, bir sıra ərazilərdə güclü külək müşahidə olunub. Güclü küləyin təsirindən bir sıra fəsadlar meydana çıxıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatlar əsasında Nazirliyin aidiyyəti qüvvələri tərəfindən zəruri və......

Ardını oxu

FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi qayda pozuntusunun qarşısını alıb (video, foto)

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu