Geri

FHN-in 10 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir

Sentyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş “İnkişaf yolu: dünən, bu gün və sabah” mövzusunda ümumrespublika konfransı keçirilmişdir.

Konfransda, əvvəlcə, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Sonra konfransı giriş sözü ilə açan fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov ölkəmizdə təbii və texnogen xarakterli fəlakətlər zamanı əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məsələsinin ulu öndər Heydər Əliyev tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. O, bildirmişdir ki, ümummilli liderin uğurlu siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasının səmərəli idarə olunmasını təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin yaradılması haqqında 16 dekabr 2005-ci il tarixində Sərəncam imzalaması dövlət başçısının ölkə vətəndaşlarının təhlükəsizliyinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Keçən 10 il ərzində ölkədə fövqəladə halların səmərəli idarə olunmasının təşkili məqsədilə görülən işlərdən danışan nazir müavini FHN-in beynəlxalq əlaqələrinə diqqət çəkərək nazirliyin xarici ölkələrdə həyata keçirdiyi xilasetmə əməliyyatlarına da toxunmuşdur.

Nazir müavini konfransın işinə uğurlar arzulamışdır.

Sonra Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin fəaliyyəti barədə videoçarx nümayiş olunmuşdur.

Konfransda çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Səfər Qurbanov, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Rüşti Səfərov, FHN-in Akademiyasının rəis müavini Cabir Həsənov, SOCAR “Qazixrac” İdarəsinin rəisi Qağaməli Seyfullayev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun  direktoru Fəxrəddin İsmayılov, “Azərneftkimyamaş” ASC-nin İdarə Heyətinin sədri Əli Qaraxanov və digər məruzəçilər Fövqəladə Hallar Nazirliyinin yaradılmasından keçən dövrə tarixi ekskurs edərək görülən işlərdən danışmış, sənayedə və dağ-mədən işlərinin görülməsində təhlükəsizliyin təmin olunmasının əsas istiqamətləri və prinsipləri, qarşıda duran vəzifələr və perspektivlər barədə söz açmışlar.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Akademiyası ilə Azərbaycan Texniki Universiteti arasında elm və təhsilə dair əməkdaşlıq müqaviləsi imzalanıb

4 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. ...

Ardını oxu