Geri

FHN Akademiyası kursantlarının andiçmə mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Dövlət Bayrağı Meydanında 23 sentyabr 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilmişdir.

Mərasimdən əvvəl Akademiyanın rəhbərliyi, müəllim və kursant heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişlər.

FHN Akademiyasının rəisi general-mayor Pənah Süleymanov mərasimi açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Dövlət bayrağı meydana gətirilmişdir. Sonra kursantlar təntənəli şəkildə Vətənə sədaqət andı içmişlər.

Mərasimdə iştirak edən fövqəladə hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə və general-leytenant Etibar Mirzəyev kursantları təbrik etmiş və onlara təhsillərində uğurlar arzulamışlar. Qeyd olunmuşdur ki, hərbi and içərək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sıralarına daxil olan kursantlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə hər an hazır olmalı, əcdadlarımızdan bizə əmanət qalmış Vətənimizi və bayrağımızı göz-bəbəkləri kimi qorumalıdırlar. FHN-in gələcək əməkdaşları olacaq Akademiya kursantları dərk etməlidirlər ki, onlara insanların təhlükəsizliyini təmin etmək kimi müqəddəs və şərəfli bir missiya həvalə olunacaq və bu böyük vəzifənin öhdəsindən layiqincə gəlmələri üçün Akademiyada təhsil aldıqları müddətdə nəzəri və praktiki biliklərə mükəmməl yiyələnməli, daim savadlarını artırmalıdırlar.

Kursantları andiçmə mərasimi münasibətilə təbrik edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov Azərbaycan Respublikasının Dövlət bayrağının önündə and içmiş kursantların Vətənə və xalqa sədaqətlə xidmət edəcəyinə əmin olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yürüdülən uğurlu gənclər siyasəti nəticəsində hərtərəfli bilik və bacarığa malik böyük gənclər ordusu yetişmişdir. Cənab Prezidentin həyata keçirdiyi islahatlar sırasında təhsilin inkişafına da xüsusi diqqət yetirilir, əsaslı tədbirlər həyata keçirilir. Məhz gəncliyə və təhsilə göstərilən bu böyük diqqət və qayğının nəticəsidir ki, bu gün FHN Akademiyası kursantlar qəbul edərək ölkə üçün layiqli kadrlar yetişdirir.

Valideynlər adından çıxış edən Elşən Hüseynbəyli kursantları təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Mərasim kursantların təntənəli marş keçidi ilə yekunlaşmışdır. 

Digər məlumatlar

Gəncə və Bərdə şəhərlərində Vətən müharibəsi nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlanılır

Xəbər verildiyi kimi, 44 günlük Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xəbər verildiyi kimi, dünən axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları gücləndirilmiş iş rejimində fəaliyyət göstərir....

Ardını oxu