Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının Ticarət, Sənaye və Mədən Nazirliyinin nümayəndə heyəti ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov 16 sentyabr 2015-ci il tarixində ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Ticarət, Sənaye və Mədən Nazirliyinin nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir Kəmaləddin Heydərov bildirmişdir ki, iki dost və qonşu ölkənin nazirliklərinin nümayəndə heyətlərinin səfərləri qarşılıqlı faydalı əməkdaşlığa yeni töhfələr verir. Ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlərdən, bu sahədə İran İslam Respublikasının müvafiq qurumları ilə məhsuldar əməkdaşlıqdan bəhs edən nazir əlavə etmişdir ki, əlaqələrimizi daha da genişləndirmək üçün böyük potensial mövcuddur.

Nümayəndə heyətinin rəhbəri, İran İslam Respublikasının ticarət, sənaye və mədən nazirinin müavini Mehdi Kərbasian dəvətə və səmimi qəbula görə təşəkkürünü bildirmiş, onun təmsil etdiyi nazirliyin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi ilə uğurlu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırmışdır.

Tərəflər qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparmışlar. 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının plenium iclası keçirilib

3 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat-pleniumu keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu