Geri

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin məlumatı

Son günlər bəzi kütləvi informasiya vasitələrində 1995-ci il təvəllüdlü Paşayev Vüqar Rövşən  oğlunun  yanlış olaraq Ceyranbatan su anbarında batması və bununla bağlı müxtəlif qeyri-dəqiq fikirlər səslənməkdədir.

Bununla əlaqədar bildiririk ki, 30 iyul 2015-ci il tarixində FHN-in “112” qaynar telefon xəttinə Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən  hissəsində 1995-ci il təvəllüdlü Paşayev Rövşən Vüqar oğlunun batması barədə məlumat daxil olmuşdur. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal həmin şəxsin axtarışına başlanılmışdır. Kanalın su axınının batan şəxsi Ceyranbatan su anbarına gətirməsi ehtimalını nəzərə alaraq, 1 avqust 2015-ci il tarixindən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışı anbarda davam etdirmişlər. Göstərilən tarixdən bu günə kimi hər iki qurumun dalğıc-xilasediciləri fasiləsiz olaraq axtarış işlərini davam etdirirlər.

Axtarış işlərinin gedişi və nəticəsi haqqında ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Əlavə olaraq bildiririk ki, Ceyranbatan su anbarı FHN tərəfindən ən müasir texnologiyalar tətbiq edilməklə yüksək səviyyədə mühafizə olunur və anbarın ərazisinə hər hansı kənar şəxsin daxil olması və ya çimməsi qeyri-mümkündür.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu