Geri

FHN və BMTİP-ın birgə layihəsi çərçivəsində təlim keçirilmişdir

5 avqust 2015-ci il tarixində  Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi çərçivəsində “Suların inteqrasiyalı idarə edilməsi iqlim dəyişikliklərinə uyğunlaşdırmanın aləti kimi” mövzusunda təlim keçirilmişdir.

Layihənin əsas məqsədi Böyük Qafqazın dağlıq icmalarında su və selin idarəedilməsi sistemlərini təkmilləşdirmək və iqlimlə bağlı daşqın və su basmalarının təsirlərini azaltmaqdır. 

Tədbirdə çıxış edən FHN Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azakov qeyd etmişdir ki, iqlim dəyişikliyi və onun törətdiyi fəsadların çox aktual məsələ olduğunu nəzərə alaraq, belə tədbirlərin regionlarda tez-tez və davamlı olaraq keçirilməsi əhalinin bu istiqamətdə maarifləndirilməsinə kömək edir.

BMTİP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev FHN ilə birgə həyata keçirilən layihənin əhəmiyyəti və müsbət nəticələrindən bəhs etmişdir.

Təlim zamanı FHN Dövlət Su Ehtiyatları Agentliyinin, BMTİP, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin,  Kənd Təsərrüfatı Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, “AzərSu” ASC-nin, rayon icra hakimiyyətlərinin nümayəndələri, layihənin beynəlxalq və yerli ekspertləri iqlim dəyişikliyi fonunda həyata keçirilən zəruri tədbirlər ətrafında  müzakirələr aparmışlar. 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu