Geri

FHN-in təşkil etdiyi III Beynəlxalq yarışa və IV Ümumrespublika birinciliyinə yekun vurulmuşdur (Video)

Qəbələ şəhərində 6 iyul 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNİCEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə FHN-in yaradılmasının 10 illiyinə həsr edilmiş "Gənc xilasedici" III Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" IV Ümumrespublika birinciliyinə yekun vurulmuşdur. Yekun tədbirlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak etmişlər.

Əvvəlcə, gənc xilasedicilərin nümunəvi təlim çıxışları nümayiş etdirilmişdir.

Sonra nazirlər Kəmaləddin Heydərov və Mikayıl Cabbarovun rəhbərliyi ilə   Qəbələ Mədəniyyət Sarayında “dəyirmi masa” keçirilmişdir. Onlar bildirmişlər ki, belə yarışların  keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacaqdır. Nazirlər “dəyirmi masa” iştirakçılarının suallarını da cabablandırmışlar. Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirildiyi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə minnətdarlıq etmişlər. 

Sonra yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilmiş, bədii hissə təqdim olunmuşdur.

Sonda nazirlər Kəmaləddin Heydərov, Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qalib komandalara mükafatları təqdim etmişlər. Onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir.

Qeyd edək ki, beynəlxalq yarışda birinci yeri Rusiya Federasiyası, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Belarus komandaları tutmuşlar. Ümumrespublika birinciliyində isə birinci yerə Siyəzən rayonunun, ikinci yerə Bakı şəhər, Nizami rayonu, 220 nömrəli məktəbin, üçüncü yerə İsmayıllı rayonunun komandaları çıxmışlar.



Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mülki müdafiə qoşunlarının gənc əsgərlərinin psixoloji müayinəsi aparılıb

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Nazirliyin psixoloqları tərəfindən Mülki müdafiə qoşunlarına müddətli həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin psixoloji müayinəsi aparılıb ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu