Geri

Poliuretan üzlüklər təhlükəsiz materiallarla əvəz olunur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına əsasən, paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarında süni material olan poliuretanla üzlənmiş binaların üzlüklərinin sökülməsi və dəyişdirilməsi işləri sürətlə davam etdirilir. Hazırda poliuretan materialla üzlənmiş binaların fasad hissəsinə “fibro sement” və “modelpan” adlı süni tikinti materiallarından hazırlanmış üzlüklər vurulur. Fövqəladə Hallar Nazirliyi “İzotop” xüsusi kombinatının Radioloji laboratoriyası tərəfindən aparılmış radioloji müayinənin nəticəsinə əsasən, hər iki üzlüyün tərkibində süni radionuklidlər aşkar edilməmişdir. Müəyyən edilmişdir ki, bu üzlüklərin tərkibindəki təbii radionuklidlərin xüsusi effektiv aktivliyi tikinti materialları üçün müəyyən olunmuş həddi aşmır və bu materiallar radiasiya təhlükəsizliyi qaydalarına əsasən, tikintinin bütün sahələrində məhdudiyyətsiz istifadə oluna bilər. Eyni zamanda, bu üzlüklər yanmayan materiallar qrupuna aiddir.

Digər məlumatlar

FHN metronun “Xətai” stansiyasında təlim keçirəcək

Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “Xətai” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 29 sentyabr 2023-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək....

Ardını oxu

FHN-in əməkdaşları Şərq proqramının 3-cü fazası çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Gürcüstanın Tbilisi şəhərində Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə Şərq proqramının 3-cü fazası (PPRD East3) çərçivəsində keçirilən beynəlxalq tədbirdə iştirak ediblər. ...

Ardını oxu

Ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə paytaxtın 20 nömrəli orta məktəbində Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbir keçirilib. ...

Ardını oxu