Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul etmişdir

30 aprel 2015-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul etmişdir.

Nazir Kəmaləddin Heydərov qonaqları səmimiyyətlə salamlamış, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, bu sahədə Türkiyənin uyğun qurumları ilə uğurlu əməkdaşlığın davam etdirildiyini də vurğulamışdır.

Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Qərargah rəisi general-leytenant İhsan Uyar qardaş ölkənin ordusunun müvafiq qurumlarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulamış, bu əlaqələrin geniş perspektivlərinin mövcudluğunu bildirmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.   

   

Digər məlumatlar

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir......

Ardını oxu