Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Daşkəsən şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 29 aprel 2015-ci il tarixində Daşkəsən şəhərində, Dövlət Arxivi İdarəsinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Gəncə şəhərinin, Daşkəsən, Gədəbəy, Göygöl və Samux rayonlarının sakinlərinin, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Dövlət Arxivi İdarəsinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev prospekti 2) 28 aprel 2015-ci il tarixində saat 09.00-da başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Əlaqə:
tel:
+994 (12) 512-01-14
e-mail
: info@fhn.gov.az

Digər məlumatlar

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir......

Ardını oxu