Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Niderland Krallığı və Belçika Krallığında rəsmi səfərdə olmuşdur

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti 22-23 aprel 2015-ci il tarixlərində Niderland Krallığı və Belçika Krallığında rəsmi səfərdə olmuşdur.

Səfərin ilk günü Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melani Şults van Haegen ilə görüş olmuşdur.

Görüşdə iki nazirlik arasında müvafiq sahələr üzrə əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq bildirilmiş, 6 noyabr 2014-cü il tarixində Qəbələ şəhərində imzalanmış “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nda nəzərdə tutulan müddəaların həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Hagestein şəhəri yaxınlığındakı şlüz və sədd kompleksi ilə tanış olmuşdur.  

Sonra Lelystad şəhərində Hollandiya su sistemi üzrə informasiya mərkəzi olan Niderland Su İdarəedilməsi Mərkəzi ilə tanışlıq olmuşdur.

Niderland Krallığına rəsmi səfərdən sonra fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Brüsseldə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında rəsmi səfərdə olmuşdur.

NATO-ya səfəri çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay, təşkilatın Baş katibinin Əməliyyatlar üzrə müavini Stefen Evans və Baş katibin birinci müavini Aleksandr Verşbou ilə görüşlər keçirmişdir.

Görüşlərdə qarşı tərəf Azərbaycanın NATO-nun güclü və etibarlı tərəfdaşı olduğunu bildirmiş, təşkilatın müvafiq strukturları ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin hazırki səviyyəsindən məmnunluq ifadə etmiş, xüsusilə NATO-nun Avro-Atlantika Fəlakətlərə Cavabvermə Mərkəzinə könüllü milli töhfə qismində nazirliyin əməkdaşlarının daimi ezam olunmasını yüksək qiymətləndirmişdir. Nazir Kəmaləddin Heydərov Mülki-Fövqəladə Planlama strukturları çərçivəsində NATO ilə əməkdaşlığın Fövqəladə Hallar Nazirliyi üçün əhəmiyyətini qeyd etmiş, bu əməkdaşlıqdan qazanılmış təcrübənin Azərbaycan tərəfi üçün mühüm olduğunu diqqətə çatdırmışdır.  

Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 

Digər məlumatlar

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir......

Ardını oxu