Geri

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti Yaponiyada keçirilәn BMT-nin üçüncü Dünya Konfransında iştirak etmişdir

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri Ragim Lətifov və Orucəli Hacıyev 14-18 mart 2015-ci il tarixlərində BMT-nin təşkilatçılığı ilə Yaponiyanin Sendai şəhərində təşkilata üzv dövlətlərin yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Fəlakət Riskinin Azaldılması üzrə BMT-nin üçüncü Dünya Konfransında iştirak etmişlәr.

Konfransın təşkil edilməsində əsas məqsəd BMT-yə üzv dövlətlər tərəfindən Hyoqo Fəaliyyət Çərçivəsi sənədi üzrə görülmüş işlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi, fəlakət riskininin azaldılması üzrə regional və milli strategiya və planlar vasitəsilə əldə edilmiş təcrübələrin mübadiləsi, fəlakət riskinin azaldılması sahəsində 2015-ci il üzrə çərçivə sənədinin qəbul edlməsi və həyata keçirilməsi mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində müzakirələrin aparılması olmuşdur.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti konfrans çərçivəsində Yaponiyanin Yenidənqurma və İnfrastruktur üzrə dövlət naziri Yasutoşi Nişimura ilə görüşmüş və əlaqədar sahələr üzrə ixtisaslaşmış bəzi şirkətlərdə olmuşdur.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu