Geri

FHN və BMT-nin İnkişaf Proqramı Oğuzda “Su və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirmişdir

13 mart 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMT İP) “Böyük Qafqaz Regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” adlı birgə layihəsi çərçivəsində Oğuz rayonunda  “Su və dayanıqlı inkişaf” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə FHN və BMT-nin müvafiq qurumlarının, əsas tərəfdaş təşkilatların nümayəndələri, beynəlxalq və yerli ekspertlər, Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak etmişdir. 

FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Baba Azakov Azərbaycanda içməli su ehtiyatlarının səmərəli istifadəsinin vacibliyini qeyd etmiş, rəhbərlik etdiyi qurumun bu məsələni daim diqqət mərkəzində saxladığını və lazımi tədbirlərin bundan sonra da görüləcəyini bildirmişdir.

BMT-nin rezident əlaqələndiricisi və BMT İP-in rezident nümayəndəsi Antonius Bruk su ehtiyatlarının qorunması və səmərəli istifadəsinin BMT-nin gələcək “Post-2015 İnkişaf Gündəliyi”ndə əsas məqsədlərdən biri olacağını bildirmişdir.

BMT İP-in strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev təmsil etdiyi təşkilatın Azərbaycanda su ehtiyatlarının mühafizəsi, su və daşqınların idarə edilməsi mexanizmlərinin işlənib hazırlanmasında böyük rola malik olduğunu qeyd etmişdir.  

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov bu məsələnin həmişə gündəmdə olduğunu və icra orqanı kimi istənilən köməyin göstəriləcəyini bildirmişdir. 

Konfrans layihəyə cəlb edilmiş ekspertlərin təqdimatı və müzakirələrlə davam etdirilmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində partlayış təhlükəli əşyanın aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in nümayəndəsi Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 54-cü sessiyasında iştirak edib

26-27 oktyabr 2021-ci il tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) İcraiyyə Şurasının 54-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli iştirak edib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu