Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Latviya Respublikasının iqtisadiyyat naziri ilə görüşmüşdür

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 25-də ölkəmizdə səfərdə olan Latviya Respublikasının iqtisadiyyat naziri xanım Dana Reizniece-Ozola ilə görüşmüşdür.

Qonağı səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlərdən, nazirliyin Latviya Respublikasının müvafiq qurumları ilə uğurlu əməkdaşlığından bəhs etmişdir.

Səmimi görüşə görə təşəkkürünü bildirən xanım Dana Reizniece-Ozola Fövqəladə Hallar Nazirliyi ilə ölkəsinin uyğun qurumlarının sıx əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu qeyd etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş müzakirə aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub......

Ardını oxu

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatına yekun vurulub

16-20 may 2022-ci il tarixlərində  Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun stadionunda Nazirliyin qurumları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş mini futbol çempionatı keçirilib. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının və İdman-sağlamlıq klubunun birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan......

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əhatə etdiyi rayonların təhsil müəssisələri arasında “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirilib. ...

Ardını oxu