Geri

FHN-in yaradılmasının 10 illiyi ilə əlaqədar “Xəzər-2015” komanda-qərargah təlimi keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 10 illik yubileyi münasibətilə 2015-ci il noyabrın 24-də nazirliyin xilasetmə qurumlarının, həmçinin, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və “BP” şirkətinin şəxsi heyətinin iştirakı və xüsusi texnika və avadanlıqları cəlb edilməklə quruda və dənizdə “Xəzər-2015” komanda-qərargah təlimi keçirilmişdir. “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qurumlarının fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda təşkil olunan təlim Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində keçirilmişdir.

Təlimə cəmi 752 nəfər şəxsi heyət, o cümlədən Fövqəladə Hallar Nazirliyindən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən 25, Daxili İşlər Nazirliyindən 22, Səhiyyə Nazirliyindən 10, “BP” şirkətindən 20 nəfər cəlb edilmişdir. Bundan başqa, təlimə cəmi 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, o cümlədən ümumilikdə 73 ədəd avtomobil texnikası, Fövqəladə Hallar Nazirliyinə məxsus 4 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi, 7-si Fövqəladə Hallar Nazirliyinə, 2-si Müdafiə Nazirliyinə, 2-si isə Dövlət Sərhəd Xidmətinə məxsus olmaqla ümumilikdə 11 ədəd xüsusi təyinatlı gəmi, 10-u Fövqəladə Hallar Nazirliyinə, 2-si Daxili İşlər Nazirliyinə məxsus olmaqla ümumilikdə 12 ədəd sürətli kater cəlb olunmuşdur.

Təlimin planına uyğun olaraq, birinci mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza-xilasetmə işləri həyata keçirilməsi, ikinci mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların sualtı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi əməliyyatları uğurla yerinə yetirilmişdir.

Sonda təlimdə iştirak edən qüvvə və texnikaların paradı olmuşdur.

Qeyd edək ki, təlimdə iştirak edən qurumların, habelə Rusiya və İranın müvafiq dövlət qurumlarının, eləcə də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yüksək səviyyəli nümayəndə heyətləri təlimi canlı izləmişdir.

Digər məlumatlar

FHN-in regional mərkəzlərində 27 sentyabr - Anım Günü ilə əlaqədar tədbirlər keçirilib

27 sentyabr - Anım Günü ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Şimal və Cənub Regional mərkəzlərində tədbirlər keçirilib....

Ardını oxu

FHN-in Akademiyasında 27 sentyabr - Anım Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzində mülki müdafiə mövzusuna dair müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsi və Aran Regional Mərkəzinin təşkilatçılığı ilə Mərkəzin xidməti ərazisinə daxil olan şəhər və rayon təhsil şöbələrinin mülki müdafiə məsələlərinə məsul olan metodistlərinin iştirakı ilə müşavirə keçirilib. ...

Ardını oxu