Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Mingəçevir su anbarında görülən işlərlə tanış olmuşdur

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 13 noyabr 2015-ci il tarixində Mingəçevir su anbarında görülən işlərlə yerində tanış olmaq məqsədilə həmin ərazidə olmuşdur.

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi səfər zamanı Yaponiyanın “OYO Corporation” və ”Shinyei Kaisha” şirkətlərinin mütəxəssisləri ərazidə icrası nəzərdə tutulan hidrotexniki qurğularda texniki təhlükəsizliyin qiymətləndirilməsi üzrə layihə barədə məlumat vermişdir. Bildirilmişdir ki, layihə üzrə hidrotexniki qurğuların vəziyyətinə nəzarət etmək üçün nəzarət-ölçü cihazlarının quraşdırılması, seysmoloji müşahidə şəbəkəsinin qurulması və dalğalanma nəticəsində yaranan vibrasiyasının öyrənilməsi, qurğuların istismar qaydalarının və təhlükəsizlik bəyannamələrinin yenidən işlənib hazırlanması, texniki nəzarət üzrə yerli mütəxəssislər üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Nazir Kəmaləddin Heydərov həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlərin əhəmiyyətini qeyd etmiş, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılmasının vacibliyini bildirmişdir.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN tərəfindən Azərbaycan Texniki Universitetində elmi konfrans keçirilib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi, Bakı Regional Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşkilatçılğı ilə Azərbaycan Texniki Universitetində (ATU) “COP29 tələbləri: iqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” mövzusunda elmi konfrans keçirilib. ...

Ardını oxu