Konfransa təqdim olunacaq məqalələr 30 noyabr 2015-ci il tarixinə kimi jabir.hasanov@fhn.gov.az və ya aydin.gafarov@fhn.gov.az elektron ünvanlarına göndərilməlidir. Məqalələr konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalı, 3-5 səhifə həcmində, sətirlərarası interval 1,5, şrift “Times New Roman” 14-lük, soldan 3 sm, sağdan 1,5 sm, yuxarıdan 2,5 sm, aşağıdan 2 sm intervallı A-4 formatda 1 nüsxə təqdim edilməlidir. Müəllifin adı, soyadı, elmi dərəcəsi və iş yeri məqalənin əvvəlində qeyd edilməlidir. Məqalənin annotasiyası məqalənin yazıldığı dildə və ingilis dilində olmaqla iki dildə təqdim edilməlidir.
Məqalələr konfransdan sonra müəlliflərin təqdim etdikləri redaksiyada xüsusi topluda nəşr olunacaqdır.
Konfransda iştirak etmək istəyənlər məqalə ilə yanaşı əlavə olunan “Qeydiyyat blankı”nı doldurub yuxarıda qeyd edilən email ünvanlarına təqdim etməlidirlər. (blankı yükləyin)
Konfrans iştirakçılarının qeydiyyatı 10 dekabr 2015-ci il tarixində saat 09.30-dan 10.00-a kimi Fövqəladə Hallar Nazirliyinin Akademiyasında (ünvan: AZ1089, Bakı şəhəri, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi) başlayacaqdır.
Əlaqələndirici şəxs: Nəcibə Əfəndiyeva
tel: (+994 12) 512-01-42
e-mail: najiba.afandiyeva@fhn.gov.az
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi “Sumqayıt” və “Corat” xilasetmə məntəqələrinin ərazisində yerləşən çimərliklərdə istirahət edən vətəndaşlar arasında “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...
Ardını oxuAzərbaycanda bir qrup elmi işçinin həmmüəllifi olduğu ixtira beynəlxalq patentlə qiymətləndirilib. Belə ki, qrupun tərkibində iştirak edən Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Xətai rayonunda yerləşən “İbis Baku City” otelində yanğın-taktiki təlim keçirilib. ...
Ardını oxu