Geri

FHN Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir

19 yanvar 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anma mərasimi keçirilmişdir.

Mərasimdə iştirak edən Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavinləri, nazirliyin məsul işçiləri, FHN Akademiyasının müəllim heyəti və kursantlar əvvəlcə Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişdir.

Sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov mərasimi açaraq bildirmişdir ki, müstəqilliyimiz uğrunda mübarizədə həlak olan Qanlı Yanvar şəhidlərinin xatirəsi hər zaman ürəklərdə yaşayacaqdır. Şəhidlərin qəhrəmanlığı gənclər üçün bir vətənpərvərlik örnəyidir.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev çıxışında xalqımızın müstəqillik və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəsi tarixində şanlı səhifələrdən biri olan 20 Yanvar hadisələrindən ətraflı bəhs etmiş, həmin ağır günlərdə ulu öndər Heydər Əliyevin respublikamızın Moskvadakı Daimi nümayəndəliyinə gələrək öz xalqı ilə həmrəyliyini nümayiş etdirdiyini, məhz onun yenidən siyasi hakimiyyətə qayıdışından sonra 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verildiyini vurğulamışdır.
Mərasimdə Akademiyanın rəis müavini polkovnik Afət Qurbanov Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların şücaətindən bəhs edən məruzə ilə çıxış etmişdir.

Sonda Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunmuşdur.     

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu