Geri

“Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişafı” layihəsinin yekunlarına dair toplantı keçirilmişdir

Azərbaycan  Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin Litva Respublikasının Radiasiya Təhlükəsizliyi Mərkəzi və  Layihələrin İdarə olunması Agentliyi ilə birlikdə həyata keçirdiyi “Azərbaycan Respublikasında radiasiya təhlükəsizliyi infrastrukturunun gücləndirilməsi və dəstəkləyici xidmətlərin inkişafı” layihəsinin yekunlarına dair toplantı keçirilmişdir.

Tədbirdə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə layihənin həyata keçirilməsi prosesi və yekunlarından ətraflı bəhs etmişdir.

Avropa İttifaqının nümayəndəsi Yurgen Uilyams bildirmişdir ki, bu sahədə Azərbaycanda dövlət agentliyinin yaradılması təqdirəlayiqdir. O, demişdir ki, “mən çox şadam ki, bu “Tvinning” layihəsi Azərbaycanda kifayət qədər qiymətləndirilib. İndiyə kimi Avropa İttifaqı Azərbaycanda 30 layihə reallaşdırıb və ümidvaram ki, layihənin icrasında ekspert kimi çıxış edən Litva ilə Azərbaycan arasında əməkdaşlıq davam etdiriləcəkdir."

Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas da layihənin nəticələrini yüksək qiymətləndirmiş, faydalı əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmişdir. O, Azərbaycan hökumətinin bu sahədə həyata keçirilən layihələrə böyük dəstək verdiyini də bildirmişdir. Səfir demişdir ki, Litva radiasiya təhlükəsizliyi sahəsində Azərbaycanla əməkdaşlığı davam etdirməyə və genişləndirməyə hazırdır.

Layihənin nəticələri barədə danışan Litva Radiasiya Təhlükəsizliyi Mərkəzinin direktoru Albinas Mastauskas qeyd etmişdir ki, layihə Azərbaycanda nüvə və radiasiya təhlükəsizliyinin inkişafına mühüm töhfə olmuşdur. Azərbaycanın nüvə və radiasiya təhlükəsizliyi sahəsində qanunvericiliyi Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmış, nüvə və radiasiya təhlükəsizliyi üzrə dövlət proqramının layihəsi hazırlanmışdır. Bu çərçivədə, həmçinin, FHN-in ehtiyacları üçün radioloji laboratoriyaların imkanlarının gücləndirilməsi də vacib məsələlərdəndir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəis əvəzi Vüqar Hüseynov da çıxış edərək layihənin Azərbaycan üçün əhəmiyyətini qeyd etmişdir. O, bildirmişdir ki, layihə çərçivəsində yüksək nəticələrə nail olunmuşdur.

Toplantı çərçivəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr də aparılmışdır.

Digər məlumatlar

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu