Geri

FHN DSXX çimərlik mövsümünün açılışı ilə əlaqədar mərasim keçirmişdir

8 iyun 2014-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) Buzovna xilasetmə məntəqəsində 2014-cü il yay çimərlik mövsümünün açılışı ilə əlaqədar mərasim keçirilmişdir. Mərasimdə fövqəladə hallar nazirinin müavini, general-mayor Teymur Mehdiyev və digər əlaqədar təşkilatların nümayəndələri iştirak etmişlər.

Əvvəlcə mərasim iştirakçıları DSXX-nın su nəqliyyat vasitələri, müasir xilasetmə texnika və avadanlığı ilə tanış olmuşlar.

Mərasimdə məlumat verilmişdir ki, sularda xilasetmə işlərinin daha keyfiyyətli aparılması məqsədilə kadrlar hazırlanmış, xilasetmə məntəqələri üçün inzibati binalar tikilmişdir. Xidmət tərəfindən rəsmi çimərliklərdə xəbərdaredici, maarifləndirici, məlumatlandırıcı lövhələr quraşdırılmış, broşürlər paylanmışdır. Eyni zamanda, vətəndaşlara onların təhlükəsizliyi üçün rəsmi çimərliklərdən istifadə etmələri tövsiyə olunmuşdur. Bundan başqa, FHN DSXX xidmət su hövzələrində insanların təhlükəsizliyini təmin etmək üçün  400-dən artıq şəxsi heyət və 200-ə yaxın texnika və avadanlığı ilə xilasetmə işlərini ildən-ilə təkmilləşdirir, baş verə biləcək bədbəxt hadisələrin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün qarşıya qoyulmuş tələb və tapşırıqlar 42 struktur bölmə və mövsümi fəaliyyət göstərən xilasetmə postları vasitəsilə həyata keçirilir. Bütün bu tədbirlərin nəticəsidir ki, son üç ildə FHN-nin xilasedicilərinin fəaliyyət göstərdikləri rəsmi çimərliklərdə bir nəfər də suda boğulma hadisəsi baş verməmişdir. Çimərlik mövsümündə suda boğulma halları qeyri-çimərlik ərazilərində baş verir. Ona görə də vətəndaşların qeyri-çimərlik ərazilərində istirahət etməmələri tövsiyə olunur. Ümumilikdə isə, 2005-ci ildən 2014-cü ilə qədər çimərlik və qeyri-çimərlik ərazilərində suda batmaq təhlükəsi ilə üzləşmiş 3349 nəfər vətəndaş Xidmətin xilasediciləri tərəfindən xilas olunmuşdur. 

Tədbirdə xilasedicilər suda boğulanların xilası və ilk yardımın göstərilməsi bacarıqlarını nümayiş etdirmişlər.

Digər məlumatlar

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu