Geri

Qəbələ şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və II Beynəlxalq yarışlarının yekun tədbirləri keçirilmişdir

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil və Gənclər və İdman nazirliklərinin dəstəyi ilə  Ümummilli lider  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə  həsr edilmiş  "Gənc xilasedici və yanğınsöndürən"  III  Ümumrespublika birinciliyi və "Gənc xilasedici" II Beynəlxalq yarışlarına yekun vurulmuşdur. Yekun tədbirlərində Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak etmişlər. 

Yekun tədbirləri Qəbələ Atıcılıq Klubunun ərasizində gənc xilasedicilərin nümunəvi təlim çıxışları ilə başlamışdır.

FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad  Hüseynov nazir, general-polkovnik Kəmaləddin Heydərova raport vermişdir.

Nümunəvi təlim çıxışlarında Azərbaycan, Türkiyə,  Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və   Belarusdan  olan təmsilçilər, həmçinin respublika birinciliyi uğrunda yarışların qalibi olmuş rayonlarımızın komandaları iştirak etmişlər. Komandalar  "Axtarış-xilasetmə işi" üzrə kinoloqların dəstəyi ilə əməliyyatları nümayiş etdirmişlər. 

Sonra nazirlər Kəmaləddin Heydərov və Mikayıl Cabbarov “ dəyirmi masa” tədbirində müxtəlif ölkələrdən gəlmiş gənc xilasedicilərin suallarını cavablandırmışlar. Onlar bildirmişlər ki, belə yarışların  keçirilməsi gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacaqdır. Türkiyəli, rusiyalı, qazaxıstanlı, qırğızıstanlı, gürcüstanlı və belaruslu gənc xilasedicilər bu cür yüksək səviyyəli tədbirin keçirilməsi üçün Azərbaycan fövqəladə hallar nazirinə təşəkkürünü bildirmişlər.

Yarış iştirakçılarının mükafatlandırılması mərasimi Qəbələ Mədəniyyət Sarayında keçirilmişdir.

Mərasim gənc xilasedicilərin səhhnələşdirdikləri və iştirak etdikləri təbii və texnogen mənşəli fövqəladə hallara dair kompozisiya ilə başlamışdır. Yarışlar haqqında Azərbaycan FHN-nin hazırladığı video-çarx da nümayiş etdirilmişdir.   

Qonaq ölkələrin komandalarının milli rəqs və mahnılarını ifa etməsi mərasimə xüsusi rəng qatmışdır. 

Sonda nazirlər Kəmaləddin Heydərov, Mikayıl Cabbarov və gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qalib komandalara mükafatları təqdim etmişlər. Onlara fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir. 

Nazir Kəmaləddin Heydərov ümumrespublika yarışlarının qalibi Siyəzən rayonu komandasına və beynəlxalq yarışların iştirakçısı olan Türkiyə, Gürcüstan, Belarus, Qazaxıstan, Rusiya və Qırğızıstan komandalarına mükafatları təqdim etmişdir. 

Beynəlxalq yarışlarda birinci yeri Rusiya Federasiyası, ikinci yeri isə Azərbaycan komandaları tutmuşlar. Nazir Kəmaləddin Heydərov gənc xilasedicilərə uğurlar diləmişdir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Alpinist ləvazimatlarından istifadə etməklə zərərçəkmişin xilas edilməsi” mövzusunda növbəti təlim keçirib....

Ardını oxu

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı və Zaqatala rayonlarının Heydər Əliyev mərkəzlərində yanğına qarşı maarifləndirmə tədbirləri keçirib....

Ardını oxu