Geri

Qəbələ şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş "Gənc xilasedici və yanğınsöndürən" III Ümumrespublika birinciliyi və II Beynəlxalq yarışları keçirilir

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider  Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə  həsr edilmiş  "Gənc xilasedici və yanğınsöndürən"  III  Ümumrespublika birinciliyi və "Gənc xilasedici" II Beynəlxalq yarışları keçirilir.

İyunun 22-də yarış  iştirakçıları Bakı şəhərində Fəxri xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmiş, abidəsi önünə əklil qoymuşlar.

Sonra Şəhidlər xiyabanında Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın məzarları ziyarət edilmişdir.

İyunun 23-də  Qəbələ şəhərində yarışların açılış mərasimi keçirilmişdir. Tədbirdə  çıxış edən FHN Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin rəisi, general-mayor Elşad  Hüseynov yarış iştirakçılarına uğurlar arzulayıb, belə yarışların  keçirilməsinin gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə əldə etmələrinə geniş imkanlar açacağına əminliyini ifadə edib.

Beynəlxalq  yarış çərçivəsində Azərbaycan, Türkiyə,  Rusiya, Qazaxıstan, Qırğızıstan, Gürcüstan və   Belarusdan  olan təmsilçilər, həmçinin respublika birinciliyi uğrunda yarışan 16 rayon və şəhər komandaları "Maneələr zolağı", "Kombinə edilmiş yanğın estafeti",  "Axtarış-xilasetmə işi",  "Komandaların  təqdimatı"  və   "Divar qəzeti"  mərhələlərində  güclərini sınayırlar.

 Yarışların bağlanışı mərasimi  iyun ayının 28-də olacaqdır.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən...

Ardını oxu

FHN-in Mülki müdafiə qoşunlarının hərbi hissələrində taktiki-xüsusi təlimlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin 2023-cü il üçün hazırlıq planlarına uyğun olaraq taktiki-xüsusi təlimlər keçirilib. ...

Ardını oxu

Lənkəranda “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib

Fövqəladə Hallar, Elm və Təhsil nazirliklərinin birgə təşkilatçılığı ilə FHN Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhərində “Məktəblinin dostu” layihəsinin iştirakçıları üçün təlim keçirilib. ...

Ardını oxu