Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard ilə görüşmüşdür.
Nazir Kəmaləddin Heydərov UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri kimi ölkəmizdə missiyası başa çatan qonağa gələcək fəaliyyətində uğurlar arzulamış, bu təşkilatla Fövqəladə Hallar Nazirliyi arasında həyata keçirilən birgə layihələrdən bəhs etmişdir. İki gün əvvəl “Təhsil sahəsində tərəfdaşlar” adlı layihə çərçivəsində Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi və UNİCEF arasında Fəaliyyət Planının imzalanması da göstərmişdir ki, bu əməkdaşlığın geniş perspektivləri mövcuddur.
Mark Herevard UNİCEF-in Azərbaycan nümayəndəliyi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə etmiş, ölkəmizdən xoş təəssüratla ayrıldığını bildirmişdir.
28 noyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib. ...
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxuÖtən gün səhər saatlarından başlayaraq əsən güclü külək Bakı şəhərində bir sıra fəsadlar törədib. Həmin fəsadların dərhal aradan qaldırılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən zəruri tədbirlərin görülməsi təmin edilib. ...
Ardını oxu