Geri

Azərbaycan Respublikasının Fövqəladə Hallar, Təhsil  nazirlikləri və UNİCEF arasında Fəaliyyət Planı imzalanmışdır

Bakıda Fövqəladə  Hallar Nazirliyi, Təhsil  Nazirliyi, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə nümayəndəliyi və UNİCEF-in həyata keçirdiyi “Təhsil  sahəsində  tərəfdaşlar”  adlı  layihə çərçivəsində Fövqəladə  Hallar Nazirliyi, Təhsil  Nazirliyi və UNİCEF arasında  Fəaliyyət  Planı  imzalanmışdır. Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov və UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard imzalamışlar.

Mərasimdə çıxış edən nazir Kəmaləddin Heydərov Azərbaycanın UNİCEF ilə uğurlu əlaqələrindən danışmış, fövqəladə hallar zamanı bölgələrdə görülən işlərdən bəhs etmişdir. Nazir bildirmişdir ki, imzalanacaq saziş bölgələrdə yüksək səmərəliliyə malik, uşaqların mənafeyini düşünən məktəb modellərinin hazırlanmasını özündə ehtiva edir. Layihə təhsil sahəsində Fövqəladə Hallar Nazirliyi, Təhsil Nazirliyi, UNİCEF-in Azərbaycan nümayəndəliyi və bp arasında əməkdaşlığa yeni təkan verməklə yanaşı, yerli əhalinin, xüsusən də məktəblilərin fövqəladə hallar və onlardan qorunma ilə bağlı daha dərin biliklərə nail olmasına şərait yaradacaqdır. 

 “Təhsil  sahəsində  tərəfdaşlar”  adlı  layihədə ölkədə  yeni  təhsil  modellərinin  yaradılmasına  yönəlmiş  layihələrin  hazırlanmasına  və  həyata  keçirilməsinə  dəstək verilməsi  nəzərdə  tutulur. Anlaşma memorandumu isə Azərbaycanın təhsil sisteminin ölkə üzrə təkmilləşdirilməsi üçün nümunəvi modellərin tətbiqini əhatə edir. Üçillik layihə xüsusən bp-nin  əməliyyatçısı  olduğu  BTC  və  CQBK  boru  kəmərləri  boyunca  yerləşən  Kürdəmir,  Ucar,  Ağdaş,  Yevlax,  Samux,  Goranboy,  Şəmkir  və  Tovuz  rayonlarında  uşaqların  təhsilə  cəlb  edilməsinə  yönəlmiş  yeni  geniş  əhatəli  məktəb  modellərinin  yaradılmasını  nəzərdə tutur. 

Layihənin  dörd  komponentdən  ibarət  olacağı  planlaşdırılır. Buraya ailə  təhsil mərkəzləri ,  hər  kəs  üçün  bərabər  təhsil  imkanı ,  təbii  fəlakətlərə  hazırlıq,  gigiyena  və  sanitariya komponentləri daxildir.

Digər məlumatlar

FHN Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti matros-xilasedici vəzifəsinə müsabiqə ELAN edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti çimərlik mövsümü ilə əlaqədar olaraq müqavilə əsasında matros-xilasedici vəzifəsinə müsabiqə elan edir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyi vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu