Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov İran İslam Respublikası sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrov Tacın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüş zamanı nazir Kəmaləddin Heydərov vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri çərçivəsində Tehranda aparılmış danışıqlar və müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlər ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin əsasını qoymuşdur. Fövqəladə Hallar Nazirliyi nümayəndə heyətinin cari ilin mart ayında İrana səfəri zamanı sənaye və mədən sahələrində əməkdaşlığın gücləndirlməsinə dair aparılmış müzakirələr də olduqca faydalı olmuşdur.
İranın sənaye, mədən və ticarət nazirinin müavini Müctəba Xosrov Tac səmimi qəbula görə təşəkkürünü bildirmiş, iki ölkənin nazirlikləri arasında mədən sənayesi sahəsində qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu söyləmişdir.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparmışlar.
İran nümayəndə heyəti Fövqəladə Hallar Nazirliyinin Böhran Mərkəzi ilə tanış olmuşdur.
Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyyətində “Qaradağ rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə......
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şəki-Zaqatala və Mərkəzi Aran Regional Təhsil idarələrinin tabeçiliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbirlər keçirilib. ...
Ardını oxu