Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun Mərakeş Krallığına səfəri

 

Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığının daxili işlər naziri Məhəmməd Həssanın dəvəti ilə bu ölkədə səfərdə olmuşdur.

Nazir Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeşin paytaxtı Rabat şəhərində Kral V Məhəmmədin Mavzoleyini ziyarət etmişdir.

Səfər çərşivəsində nazir Kəmaləddin Heydərovun İSESCO-nun baş katibi Əbdüləziz Osman Əl Tüveycri ilə görüşü olmuşdur.

Azərbaycanla İSESCO arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən K. Heydərov vurğulamışdır ki, iqtisadiyyatı gündən-günə inkişaf edən ölkəmiz mədəniyyət, təhsil və elm sahələrində də böyük layihələr həyata keçirir, mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Azərbaycanın bütün İslam aləmində nümunəvi bir ölkə olduğunu diqqətə çatdıran İSESCO-nun baş katibi bildirmişdir ki, onun rəhbərlik etdiyi təşkilat Heydər Əliyev Fondu ilə bir sıra uğurlu layihələr həyata keçirmişdir.

Sonra fövqəladə hallar naziri Kəmaləddin Heydərov Mərakeş Krallığının Baş naziri Abdelilah Benkirane ilə görüşmüşdür. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri, strukturu və qurumları haqqında Mərakeş Krallığı hökumətinin başçısına ətraflı məlumat verən K.Heydərov, bu ölkənin müvafiq qurumları ilə əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulamışdır.

Abdelilah Benkirane bildirmişdir ki, onun ölkəsi Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə əməkdaşlığı gücləndirməkdə maraqlıdır.

Tərəflər Ermənistan-Azərbaycan və Qərbi Saxara problemlərinin beynəlxalq hüquq normaları və sərhədlərin toxunulmazlığı prinsipləri çərçivəsində həllinə dair iki ölkənin bir-birinə dəstəyinin davam etdiyini vurğulamışlar.

Daha sonra Azərbaycan fövqəladə hallar naziri Kəmallədin Heydərovun Mərakeş Krallığının urbanizasiya və milli ərazilərin planlaşdırılması naziri Mohaned Lanser ilə görüşü olmuşdur.

Görüşdə tikinti və şəhərsalma məsələlərində Azərbaycanla Mərakeş arasında əməkdaşlığın perspektivləri, təcrübə və kadr mübadiləsi məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.

Səfərin yekununda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Mərakeş Krallığının daxili işlər naziri Məhəmməd Həssa ilə görüşündə mərakeşli nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəlakətlərin xəbərdarlığı sistemi və ərazilərdə neft dağılmalarının ləğvi üzrə zəngin təcrübəsindən faydalanmaq istədiklərini söyləmiş, rəhbərlik etdiyi qurumun azərbaycanlı həmkarları ilə təcrübə və kadr mübadiləsində də maraqlı olduğunu bildirmişdir.

Nazir Kəmaləddin Heydərov Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat vermiş, dost ölkə olan Mərakeşin müvafiq qurumları ilə əməkdaşlığın perspektivlərindən bəhs etmişdir.

Görüşdən sonra nazirlər Kəmaləddin Heydərov və Məhəmməd Həssa “Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında fövqəladə halların idarəolunmasında əməkdaşlığa dair” Sazişi imzalamışlar.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Suraxanı rayonu 84 nömrəli məktəbdə təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə Bakı şəhəri, Suraxanı rayonunda yerləşən A.Muradov adına 84 nömrəli tam orta məktəbdə “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu