Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyev: qayıdışla başlanan qurtuluş” adlı tədbir keçirilmişdir.
Akademiyanın professor-müəllim heyəti və müdavimləri Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsinin önünə gül dəstələri qoymuş, müasir Azərbaycan dövlətinin banisinin əziz xatirəsinə dərin ehtiramlarını ifadə etmişlər.
Akademiyanın akt zalına toplaşanlar Milli Qurtuluş Gününə həsr olunmuş sənədli filmə tamaşa etmişlər.
Tədbirdə çıxış edən FHN Akademiyasının rəisi, general-mayor Pənah Süleymanov Ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolundan, xalqımız qarşısında misilsiz xidmətlərindən, Ümummilli liderin rəhbərliyi altında müasir Azərbaycan dövlətinin quruculuğu prosesindən ətraflı bəhs etmişdir.
FHN Akademiyasının rəis müavini, polkovnik Afət Qurbanovun “Tarix yaradan lider” və humanitar fənlər kafedrasının baş müəllimi Fizuli İbrahimzadənin “Heydər Əliyev yeni dövlətçilik ənənələrimizin banisidir” mövzularında məruzələri dinlənilmişdir.
Sonda müdavimlər arasında “Heydər Əliyev mənim düşüncələrimdə” mövzusunda keçirilmiş yazı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Limanı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində növbəti birgə təlimi uğurla icra edib. ...
Ardını oxu