Geri

Bakı şəhərinin Nərimanov rayonunda ikimərtəbəli qeyri-yaşayış binasında baş vermiş partlayış barədə (Foto, Video)

03.03.2014-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri Nərimanov rayonu T.Şıxəliyev küçəsi 8 ünvanda yerləşən qeyri-yaşayış sahəsində yanğınla müşayiət olunan partlayış baş vermiş, nəticədə qeyri-yaşayış sahəsi içərisində olan əşyalarla birlikdə partlayışın və yanğının təsirinə məruz qalmışdır.

 Baş vermiş hadisə ilə əlaqədar Əməliyyat-İstintaq İdarəsinin istintaq qrupunun üzvüləri tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, foto və video çəkilişlər aparılmış, hadisə yerinin sxemi tərtib olunmuş, sənədlər götürülmüşdür.

İlkin araşdırma ilə müəyyən olunmuşdur ki, qeyri-yaşayış sahəsi binanın zirzəmi hissəsində yerləşməklə ümumi sahəsi 177.3 kv/metrdir. Qeyri-yaşayış sahəsi əvəllər “Araz” kooperativ təmir sexinin təsisçisi Yusibov Yusib Mehdi oğlu tərəfindən mənzil istismar sahəsindən icarəyə götürülmüş, 2008-ci ildə isə özəlləşdirilmişdir. Y.M.Yusibov aralarında bağlanmış müqavilə əsasında 2010-cu ildə qeyri-yaşayış sahəsinin 53.9 kv metr hissəsini Babayev Kamran Emil oğluna, 70.4 kv/metr hissəsini isə Yusifov Əfəndi Yusif oğluna kafel və metlax üzlüklərinin saxlanması üçün, 2012-ci ildə 3 kv/m hissəsini Muradov Samir Vəliyəddin oğluna bərbərxana, 9 kv/metr sahəni isə Qəhrəmanov Elşən Rahil oğluna evlərin alqı satqısı ofisi kimi icarəyə vermişdir.

Hadisə yerinə keçirilmiş baxışla müəyyən edilmişdir ki, icarəyə verilən sahələr partlayışın və yanğının təsirinə məruz qalmış, otaqlar arasındakı arakəsmə divarlar uçmuşdur. Hadisə yerinə ilkin baxış zamanı biri tam dağılmış, digəri isə yanğının təsirinə məruz qalmış 2 ədəd propan qaz balonu aşkar edilmiş, təmizləmə işləri aparılmaqla hadisə yerinə baxışın keçirilməsi davam etdirildiyi zaman isə qeyri-yaşayış sahəsinin alqı-satqı üçün icarəyə götürülmüş hissəsində, qapıdan sol tərəfdə   olan yanğından sonrakı qalıqların arasından masa üstü tipli bir gözlü qaz plitəsi, ona qoşulmuş rezin qaz borusu, rezin qaz borusunun əlavə hissəsi, otağın təxminən orta hissəsində qaz balonunun parçalanmış gövdəsinin bir hissəsi, qapı ilə üzbəüz olan divarın yanında qaz balonunun gövdəsinin altlığı və qaz plitəsinin üzərinə qoyulan metal barmaqlıq, eləcə də müxtəlif növ elektrik naqilləri, üçlüklər və bir ədəd elektrik açarı aşkar olunaraq götürülmüşdür.

Baxış zamanı qeyri-yaşayış sahəsinin alqı-satqı ofisi kimi icarəyə götürülmüş otağının arakəsmə divarlarının dağılma və uçma əlamətlərinə əsasən, partlayışın (yanğının) mənbə zonasının məhz həmin otağın içərisində yerləşməsi müəyyən edilmişdir. Həmin otağın içərisində qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istismar edilməməsi nəticəsində baş verməsinə xarakterikdir.

Baş vermiş partlayış hadisəsi ilə əlaqədar məhkəmə yanğın-texniki, məhkəmə ballistik, məhkəmə kimyəvi, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir.

Hal-hazırda hadisə ilə əlaqədar araşdırma davam etdirilir.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Gəncə” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının sakinlərinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran rayonunun Balıqçılar qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirilmə tədbiri keçirib. ...

Ardını oxu