Geri

“Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilmişdir

Mart ayının 28-də Bakı şəhəri Səbail Rayonu İcra Hakimiyyətinin inzibati binasında Fövqəladə Hallar Nazirliyinin və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilmişdir.

Müşavirədə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Bakı Şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarının və regional mərkəzlərinin məsul əməkdaşları, Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin fövqəladə hallar  üzrə komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəisləri, Bakı şəhər Baş Polis İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin nümayəndələri iştirak etmişlər.

Müşavirənin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra hakimiyyətləri ilə FHN-in müvafiq strukturları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olmuşdur.

Fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə tədbirin əhəmiyyətindən danışmış, bu cür müşavirələrin FHN və icra hakimiyyətləri arasında qarşılıqlı fəaliyyətin güclənməsinə xidmət etdiyini bildirmişdir.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə çıxışında bu cür görüşlərin səmərəsindən və vacibliyindən bəhs etmişdir.

Müşavirədə nazirliyin məsul əməkdaşları “FHN Bakı Regional Mərkəzinin İcra hakimiyyəti orqanları ilə iş təcrübəsi - problemlər, istifadə olunmamış imkanlar, perspektivlər”, “Fövqəladə Hallar Nazirliyi regional mərkəzlərinin yerli icra orqanları ilə qarşılıqlı fəaliyyəti”, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzularında çıxışlar etmişlər. 

Daha sonra Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin fövqəladə hallar üzrə  komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəhbərləri 2013-cü ildə rayon ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması istiqamətində görülmüş işlər və qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti barədə məlumat vermişlər.

Çıxışlardan sonra qeyd olunan məsələlər ətrafında interaktiv müzakirələr aparılmışdır.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Quzanlı qəsəbəsində kafedə yanğın baş verməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Gəncədə maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Gəncə” MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının sakinlərinin iştirakı ilə yanğına qarşı maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah olunub

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti Lənkəran rayonunun Balıqçılar qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda maarifləndirilmə tədbiri keçirib. ...

Ardını oxu