Geri

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur

Cari ilin 15 mart tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun başçılıq etdiyi nazirliyin nümayəndə heyəti İran İslam Respublikasında rəsmi səfərdə olmuşdur.

Səfər çərçivəsində nazir Kəmaləddin Heydərovu İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani qəbul etmişdir.

Daha sonra səfər proqramına uyğun olaraq, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov İran İslam Respublikasının sənaye, dağ-mədən və ticarət naziri Məhəmmədrza Nemətzadə, Mədən sənayesinin inkişaf etdirilməsi üzrə təşkilatın sədri Mehdi Kerbasiyan, daxili işlər nazirinin müavini İsmayıl Nəccar və bir sıra yüksək vəzifəli şəxslərlə görüşmüşdür.

Keçirilən görüşlərdə hər iki ölkənin müvafiq qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu

FHN Xüsusi Riskli Xilasetmə Xidməti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı“ QSC-nin birgə məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Limanı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində növbəti birgə təlimi uğurla icra edib. ...

Ardını oxu