Geri
Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir: Yeni il bayramında yanğın təhlükəsizliyi tədbirləri (Video)
Hamı üçün əziz olan Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bu səbəbdən, bəzi təhlükəsizlik qaydalarını hər birimiz bilməliyik:
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır;
- küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və saz vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməlidir;
- ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır;
- küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir!
Həmçinin, bayram şənliklərində bunlar nəzərə alınmalıdır:
- şənliklər ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməlidir;
- otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı olmalıdır;
- məkanın iki çıxış qapısı olmalıdır;
- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır;
- otağın qapıları mütləq bayıra açılmalıdır;
- dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməlidir;
- şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır;
- şənlik zamanı işıq tam söndürülməməlidir;
- şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir;
- şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın:
Qaydalara biganəlik - həyatımıza təhlükədir!
Təhlükə zamanı “112”-yə zəng edin!
Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.
...
Ardını oxu
28 noyabr 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr edilən Fövqəladə Hallar Könüllülərinin təqdimat mərasimi keçirilib.
...
Ardını oxu
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
...
Ardını oxu