Geri

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 9 illiyi qeyd edilmişdir

Dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının doqquzuncu ildönümü və işçilərinin peşə bayramı münasibətilə təntənəli tədbir keçirilmişdir.  

Əvvəlcə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil və gül dəstələri qoymuşlar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılmış, məzarı üstünə tər çiçəklər düzülmüşdür.

Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilmiş, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən oğullarının xatirəsi anılmış, məzarları üzərinə gül dəstələri qoyulmuşdur.

Fövqəladə Hallar Nazirliyində keçirilən təntənəli iclas Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlamışdır.

Mərasimi açıq elan edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının doqquzuncu ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək, onlara uğurlar arzulamışdır.

Nazir Kəmaləddin Heydərov 2014-cü ilin ötən dövrü ərzində nazirliyin fəaliyyət istiqamətlərinə uyğun görülmüş işlər və həyata keçirilmiş tədirlərdən danışmış, nazirliyə göstərdiyi yüksək diqqət və qayğıya görə ölkə başçısına səxsi heyət adından dərin təşəkkürünü bildirmişdir.

Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbə, orden və medalların, fəxri adların verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlar oxunmuşdur.

Sonda mərasim iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

 

Digər məlumatlar

Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub (YENİLƏNİB)

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu