Geri

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri dənizdə köməksiz vəziyyətdə qalmış iki balıqçını xilas etmişlər (Video)

28 noyabr 2014-cü il tarixində Salyan rayonu ərazisindən motorlu qayıqla dənizə balıq tutmaq məqsədilə çıxmış iki balıqçı sahildən təxminən 27 kilometr məsafədə Xəzər dənizində Səngi-Muğan adası yaxınlığında köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin bir ədəd helikopteri ilə dalğıc-xilasedicilər həmin əraziyə cəlb olunmuş, köməksiz vəziyyətdə qalmış balıqçılar xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir.

Fövqəladə Hallar Nazirliyi bir daha əhalinin nəzərinə çatdırır ki, kiçik həcmli gəmilər və motorlu  qayıqlar yalnız günün işıqlı vaxtı dənizə çıxa bilərlər.

Küləyin sürəti  5-7 m/s,  dalğaların hündürlüyü  0.5-0.75 m- dən artıq olduqda və görmə məsafəsi məhdud olan dumanlı hava şəraitində kiçik həcmli gəmilərin istismarı  qadağandır.

Kiçik həcmli gəmilərin Xəzər dənizində üzmə məsafəsi sahildən 2 dəniz mili və ya 3700 metrdir.

Dövlət qeydiyyatından və texniki baxışdan keçməyən, bort nömrəsi olmayan, yük və sərnişin götürmə normalarını pozan gəmilərin istismarı qadağandır.

Dənizə çıxarkən kiçik həcmli gəmilər və motorlu qayıqlar xilasedici dairə, maqnit kompası və ya GPS naviqasiya vasitələri, xilasedici canlıq (heyət sayına görə), lövbər, yanalma kəndirləri, bir cüt avar, gecə siqnalı üçün əl fənəri, vedrə və yaxud quruducu əl nasosu, ilkin tibbi yardım çantası və yanğınsöndürən balonla təchiz olunmalıdır.

Fövqəladə Hallar Nazirliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu