Geri

“Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə 26 noyabr 2014-cü il tarixində Milli Elmlər Akademiyasının kiçik akt zalında “Fövqəladə hallar, onların inkişaf dinamikası və idarə olunmasının elmi-praktik aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfransın işində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə qeyd etmişdir ki, bu cür konfransların keçirilməsində məqsəd təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında mövcud elmi nailiyyətlərin tətbiqi, bu istiqamətdə elmi işlərin aparılmasına təkan verməkdir.

Tədbirdə “Heydər Əliyev və Azərbaycanda fövqəladə hallarla mübarizənin təşkili təcrübəsindən”, “Fövqəladə hallardan qorunma məqsədi ilə insan hüquqları kontekstində preventiv tədbirlər”, “Böyük Qafqazın şimal-qərb rayonlarında içməli artezian sularının müasir radioekoloji vəziyyəti”, “Azərbaycan Respublikası fövqəladə hallar atlasının və informasiya bazasının yaradılması”, “Yanğınsöndürmə üçün yeni reagent - “Naftapen”, “Gərginlik vəziyyətlərinin aşkar edilməsi və Azərbaycan Respublikasının ərazisi, Qafqazın və Xəzərin sərhədyanı sahələri üçün seysmik təhlükənin qiymətləndirilməsi”, “Azərbaycan ərazisində radon qazının səviyyəsinin tədqiqi və ona təsir edən faktorlar”, “Etibarlılıq nəzəriyyəsinin metodları ilə qəza risklərinin qiymətləndirilməsi”, “Azərbaycan Respublikasında fövqəladə hallarla mübarizənin ümumi vəziyyəti” və digər mövzularda çıxışlar edilmiş, müzakirələr aparılmışdır.

Sonda belə tədbirlərin keçirilməsinin ən mühüm elmi araşdırmalar barədə elmi ictimaiyyətə geniş məlumat verilməsində, onların nəticələrini fövqəladə hallar orqanlarının gündəlik fəaliyyəti nöqteyi-nəzərindən qiymətləndirilməsində vacibliyi qeyd olunmuşdur.

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu