Geri

FHN-də Avstriya Federal daxili işlər nazirinin müavini Hermann Feinerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir

20 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev ölkəmizdə səfərdə olan Avstriya Federal daxili işlər nazirinin müavini Hermann Feinerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüş zamanı Fövqəladə Hallar Nazirliyi və onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verilmiş, Avstriyada ənənəvi olaraq keçirilən qar uçqunları zamanı xilasetmə treninqləri və könüllü yanğınsöndürmə dəstələri ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Qonaq səmimi qəbula görə öz təşəkkürünü bildirmiş, müvafiq sahələrdə əməkdaşlığın perspektivlərinin müzakirəsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.

 

Digər məlumatlar

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Masallı şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən Yardımlı şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun tarixi və yeri dəyişib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu