Nazir Kəmaləddin Heydərov bildirmişdir ki, bu yaxınlarda Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən Qətər Dövlətinin Daxili İşlər Nazirliyinin 10-cu Təhlükəsizlik və Sabitlik Sərgisində iştirak etmək üçün bu ölkəyə işgüzar səfəri və keçirdiyi görüşlər, habelə səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş” iki ölkənin uyğun nazirlikləri arasında əlaqələrin daha da möhkəmlənməsi üçün yaxşı imkanlar yaradır.
Səfir Mübarək bin Fahad Əl-Təni Azərbaycan və Qətər arasında müxtəlif sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın daha da inkişaf etdiyini bildirmişdir.
Nazir Kəmaləddin Heydərov səfir Mübarək bin Fahad Əl-Təniyə gələcək diplomatik fəaliyyətində uğurlar arzu etmişdir.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu44 günlük Vətən müharibəsi dövründə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi......
Ardını oxuAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...
Ardını oxu