Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür

2 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Nazir, ilk növbədə, xanım Helen Elizabet Klarka Fövqəladə Hallar Nazirliyi (FHN) və onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat vermiş, BMT-nin müvafiq qurumları ilə ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə etmiş və əməkdaşlıq imkanlarından geniş istifadə olunmasının əhəmiyyətini qeyd etmişdir.

Kəmaləddin Heydərov bildirmişdir ki, FHN ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramı arasında imzalanmış “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi uğurla həyata keçirilir, nazirliyin qurumları BMT-nin digər strukturlarının təşkil etdiyi beynəlxalq tədbirlər və təlimlərdə fəal iştirak edirlər.  

Qonaq, öz növbəsində, səmimi qəbula və fəal əməkdaşlığa görə təşəkkür edərək bildirmişdir ki, Azərbaycanda fəlakət risklərinin idarə olunması, fövqəladə halların  qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Görüşdə FHN və BMT İnkişaf Proqramının həyata keçirdikləri birgə layihələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Görüşdən sonra qonaqlar FHN-in  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “Əməliyyat zalı” ilə tanış olmuşlar.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir

44 günlük Vətən müharibəsi dövründə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğalçı düşmən qüvvələrini məğlub edərək ərazi bütövlüyümüzü bərpa etdi. Birinci Qarabağ müharibəsində olduğu kimi......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu