Geri
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Ağdam rayonunda vətəndaşları qəbul etmişdir
Sentyabrın 27-də Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonunda yerləşən nazirliyin Qarabağ Regional Mərkəzində Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonlarının sakinlərinin qəbulunu keçirmişdir. Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 47 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 120, digər məsələlərlə bağlı müraciət etmiş 82 vətəndaş nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunmuşdur.
7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....
Ardını oxu
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....
Ardını oxu
4 mart 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
...
Ardını oxu