Görüş zamanı nazir qonağa respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin birgə aradan qaldırılması üçün müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti səfirin diqqətinə çatdırılmışdır.
Nazir Pakistanın Bəluçistan əyaləti yaxınlığında baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfir cənab İkramullah Mehsuda başsağlığı vermiş və zəlzələdən zərər çəkmiş bölgələrdə axtarış-xilasetmə işlərinin aparılması və digər yardımların göstərilməsini təklif etmişdir.
Səfir də öz növbəsində, səmimi qəbula görə təşəkkürünü bildirmiş və Fövqəladə Hallar Nazirliyi tərəfindən yardımın göstərilməsi təklifini yüksək qiymətləndirmişdir. Səfir, həmçinin, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulamışdır.
Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
8 mart 2021-ci il tarixində səhər saatlarında Bakı şəhəri, Səbail rayonu, Badamdar-20-ci sahə avtomobil yolunun......
Ardını oxuBu gün səhər saatlarından başlayaraq ölkə ərazisində, xüsusilə də Abşeron yarımadasında güclü küləyin əsməsi bir sıra fəsadlara yol açıb....
Ardını oxu7 mart 2021-ci il tarixində gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xızı rayonunun Qızılqazma kəndində 2 nəfərin "ВАЗ" markalı minik avtomobilində qarlı-şaxtalı hava şəraitində yolda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....
Ardını oxu