Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Ağdam rayonunda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 27 sentyabr 2013-cü il tarixində saat 11:00-dan Ağdam rayonunda vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Ağdam, Bərdə, Ağcabədi, Füzuli, Beyləqan, Tərtər və Xocavənd rayonlarında yaşayan sakinlər, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır. 

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin inzibati binasında (ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) 25 sentyabr 2013-cü il tarixində saat 14:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər. 

Əlaqə:

tel: 994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının plenium iclası keçirilib

3 mart 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat-pleniumu keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu