Geri

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən 28 iyun 2013-cü il tarixində saat 11:00-dan Gəncə şəhərində vətəndaşların qəbulu keçiriləcəkdir.

Qəbulda yalnız Gəncə şəhərinin, Şəmkir, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Daşkəsən, Göygöl və Samux rayonlarının sakinləri, habelə həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaqdır.

Qəbula gələn vətəndaşların qeydiyyatı Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin inzibati binasında (ünvan: Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 110) 25 iyun 2013-cü il tarixində saat 14:00-dan başlayacaqdır.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:

tel: 994 (12) 512-01-14

e-mail: info@fhn.gov.az

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu