Geri

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal və Abşeron rayon Dövlət Yanğından Mühafizə hissələrinin yeni inzibati bina və əməliyyat depoları istifadəyə verilmişdir

Mayın 9-da ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsi üçün yeni inzibati bina və əməliyyat deposunun açılışı olmuşdur.

Bu münasibətlə keçirilmiş tədbirdə iştirak edən fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov binanın və əməliyyat deposunun açılışını bildirən rəmzi qırmızı lenti kəsmiş, burada yaradılmış şəraitlə tanış olmuşdur.

İkimərtəbəli inzibati binada şəxsi heyətin normal iş fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binanın birinci mərtəbəsində yanğınsöndürən avtomobillərə qulluq üçün lazımi şərait mövcuddur. Nazir Kəmaləddin Heydərov avtomobillərin saxlanıldığı depo, anbar, işçilərin istirahət otağı, yeməkxana, iş və tədris otaqları, idman zalı ilə tanış olmuş, şəxsi heyətlə görüşərək müvafiq tövsiyələrini vermişdir.

Həmin gün Dövlət Yanğından Mühafizə Xidmətinin Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati bina və əməliyyat deposu da istifadəyə verilmişdir. Açılış mərasimində fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev iştirak etmişdir.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb....

Ardını oxu