Geri

“Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda keçirilən yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

Mayın 7-də Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon Yanğından Mühafizə Hissəsində ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda sərginin açılışı və uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevar iştirak edib. Sərgi ilə tanış olan tədbir iştirakçılarına məlumat verilib ki, bu il martın 15-dən start götürən “Fövqəladə hallar uşaqların gözü ilə” uşaq yaradıcılıq müsabiqəsində respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Müsabiqəyə “rəsm”, “plakat”, “əl işi”, “yumşaq oyuncaq”,
“yanğın-qəza xilasetmə texnikasının modeli” və “şeir” nominasiyaları üzrə işlər təqdim olunub. Müsabiqənin keçirilməsində məqsəd uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, ictimaiyyətin diqqətinin fövqəladə hal probleminə cəlb edilməsidir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin uşaqlara olan diqqət və qayğısını əks etdirən film nümayiş olunub. Tədbirdə çıxış edən fövqəladə hallar naziri
general-polkovnik Kəmaləddin Heydərov ulu öndər Heydər Әliyevin 90 illik yubileyi münasibəti ilə məktəbliləri təbrik edərək onların sərgidə nümayiş olunan və müsabiqəyə təqdim edilən əl işlərini yüksək qiymətləndirib, şagirdlərin əl işlərinin onların vətənpərvər ruhda böyümələrinə dəlalət etdiyini deyib. Ulu öndər Heydər Əliyevin hər zaman uşaqlara böyük diqqət və qayğı ilə yanaşdığını deyən nazir ümummilli liderimizin “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir, uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, cəmiyyətin fəal bir iştirakçısı, fəal üzvü etmək lazımdır” fikirlərini xatırladıb. Nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin ulu öndərin qoyduğu bu dəsti-xətti davam etdirərək uşaqlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılması, onlarda fövqəladə hadisələrə düzgün baxış və davranışın inkişaf etdirilməsi məqsədilə mütəmadi olaraq müxtəlif müsabiqələrin təşkil olunduğunu diqqətə çatdırıb. Azərbaycanın öz müstəqilliyini möhkəmləndirməsində ulu öndər Heydər Әliyevin əvəzsiz xidmətlərindən danışan nazir bildirib ki, indi bu işlər Prezident İlham Әliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov, Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı seksiyasının rəhbəri, şair Qəşəm Nəcəfzadə məktəblilərin əl işlərini yüksək qiymətləndiriblər. Müsabiqənin uşaqların bu sahədə istedadlarının aşkarlanması baxımından əhəmiyyətini vurğulayaraq, qalibləri təbrik ediblər.

Sonra müsabiqədə I, II və III yerləri tutmuş məktəblilər fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Həmçinin, müsabiqənin iştirakçılarına həvəsləndirici mükafatlar təqdim olunub. Mükafatları fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, gənclər və idman naziri Azad Rəhimov, təhsil naziri Mikayıl Cabbarov və digər rəsmilər təqdim ediblər. Müsabiqənin iştirakçıları və onların valideynləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilər arasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda keçirilən yaradıcılıq müsabiqəsinin Təşkilat komitəsinə 304 rəsm, 139 plakat, 128 əl işi, 94 model, 62 yumşaq oyuncaq və 34 şeir təqdim olunub. Həmin işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı və Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Müsabiqədə iştirak edənlərdən 23 nəfəri birinci, 19 nəfəri ikinci və 29 nəfəri üçüncü yeri tutub, 15 nəfər isə həvəsləndirici mükafatlara layiq görülüb. Müsabiqədə iştirak edən məktəblilərin seçilmiş işləri kataloq şəklində nəşr olunub.

 

 

 

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb....

Ardını oxu