Geri

“Heydər zirvəsi”nə yürüş

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup xilasedicisi tərəfindən Böyük Qafqaz dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən “Heydər zirvəsi”nə yürüş olmuşdur. Xilasedicilər tərəfindən Fəxri Xiyabanda Ümummilli Liderin xatirəsini yad etməklə başlanan yürüş mayın 4-də gündüz saat 12:20 radələrində Xınalıq kəndi ərazisində dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”də başa çatmışdır. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Leyla Əliyeva, Kəmalə Qəhrəmanova, Murad Manafov və Əkbər Vahabov “Heydər zirvəsi”ndə qoyulmuş Heydər Əliyevin barelyefi önündə Azərbaycanın və Fövqəladə Hallar Nazirliyinin bayraqlarını dalğalandırmış, Fövqəladə Hallar Nazirliyininin loqosunu qayaya bərkitmişlər.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında təlim-məşq keçirilib (video, foto)

18 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hal zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili” mövzusunda təlim-məşq keçirilib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xaçmaz rayonunun Nabran qəsəbəsi yaxınlığında meşə və meşəətrafı zonada baş vermiş yanğın söndürülüb....

Ardını oxu